"Dənizçilərə Sosial Dəstək" İB Ordumuza sovqat apardı
"Dənizçilərə Sosial Dəstək"
İctimai Birliyi Azərbaycan Ordusuna yardım edib.
Bu barədə Qaynarinfo-ya ictimi
birliyin sədri, şair-publisist, gəmi kapitanı Faiq Balabəyli məlumat verib. Sədr
bildirib ki, birliyin yardım kampaniyasına Birləşmiş Ərəb Əmirliyində, Səudiyyə
Ərəbistanında, Qətərdə, Sinqapurda, Türkiyədə, Dubayda işləyən dənizçilərimiz də
qatılıblar:
"Özləri vətəndən çox-çox uzaqda
olan dənizçilərimizin ailə üzvlərinin və doğmalarının xüsusi qutularda qablaşdırdıqları
sovqatlar aparılaraq ön cəbhədə vuruşan əsgər və zabitlərimizə çatdırıldı. Uzaq
səfərlər kapitanları - Nazim Həbibov, Qarbağa qazisi Ramiz Hüseynov, Şakir Məmmədov,
Valeh Ağabalayev, Qüdrət Məhərrəmov, Fərhad Şahpələngov, Feyzulla Əliyev, Asəf
Paşayev, baş mexaniklər Mehdi Yusifov və İlqar Əhədovun ailələri və doğmaları
bu aksiyada yaxından iştirak etdilər. Hər qutuda dənizçilərimizin məktəbli
övladlarının və nəvələrinin məktubları və əsgərlərimizin qəhrəmanlığını əks
etdirən rəsmlər yer alıb. Bundan başqa AZDG QSC Silahlı Qüvvələrə ayrıca yardım
fonduna kifayət qədər yardım etsə də, DSD İB-nin bu aksiyasının gerçəkləşməsində
də yaxındaqn iştirak edib”.
F.Balabəyli tanınmış yazıçı Aləm
Kəngərli, televiziya jurnalistləri Mintac Elsevər və Sevinc Muradovanın da
sovqat paylarının cəbhə bölgəsinə çatdırdığını vurğulayıb.
Şərhlər