Fevralın 9- da Sumqayıt şəhərində Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın keçirdiyi vətəndaş qəbulu baş tutub.
Görüş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun Məmmədovla birlikdə təşkil olunub və 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan birinci qəbul günü çərçivəsində reallaşıb.
Qəbul zamanı vətəndaşlar onları narahat edən sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlər diqqətlə dinlənilib, ayrı-ayrı məsələlər üzrə müvafiq izahatlar verilib.
Deputat Elnarə Akimova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılacağını, qaldırılan problemlərin həlli istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, səlahiyyətlər çərçivəsində aidiyyəti qurumlarla birgə müvafiq addımların atılacağını bildirib. Vətəndaşlarla birbaşa ünsiyyətin onların problemlərinin operativ və effektiv həllində mühüm rol oynadığı vurğulanıb.
Şərhlər