Xəbər lenti

Ekonomiks 15:59 21.11.2023

Deputat naziri parlamentə çağırdı: "Yüksək maaşlı vakant yerlər hərraca çıxarılmır"

"Bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır. Sahibə xanım, bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kifayət qədər suallarımız var. Biz istəyirik ki, bir neçə deputat əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə ilə görüşək bəzi məsələləri aydınlaşdıraq. İki ay ərzində 48 məktub almışam ki, hamısı bu nazirliklə bağlıdır. Pensiya, ünvanlı sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var"

Spiker Sahibə Qafarova cavab olaraq bildirib ki, komitələrdə bununla bağlı dinləmələr keçirilib. 

"Sahil Babayev də bu dinləmələrdə iştirak edib. Nazirliyin özü müxtəlif məsələlərlə bağlı bizdə iştirak ediblər, fəal olublar".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->