Ekonomiks 15:48 02.05.2022

DİM "Azərsu" ASC-ni məhkəməyə verdi

Dövlət İmtahan Mərkəzi (DİM) "Azərsu” ASC-ni məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. 16 may tarixdə iş üzrə hazırlıq iclası keçiriləcək. Məhkəmə çəkişməsinin səbəbləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Qeyd edək ki, DİM-in sədri Məleykə Abbaszadədir. O, 2000-ci ildən bu vəzifədədir. Həmin vaxt DİM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adlanırdı. 2016-cı ildə qurumun adı dəyişdirilib. 

"Azərsu" ASC-yə gəlincə, Qorxmaz Hüseynov sədr vəzifəsindən getdikdən sonra onun yerinə təyinat olmayıb. Qorxmaz Hüseynov 4 may 2021-ci ildə tutduğu vəzifədən azad edilib. Hazırda sədrin səlahiyyətlərini Köçərli Həsənov icra edir. O, qurumun sədr müavinidir.

Seyid