Xəbər lenti

DİN-də 4 yeni təyinat
Ölkə06:55 15.04.2015

DİN-də 4 yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər orqanlarında kadr təyinatları olub. "Report" xəbər verir ki, müvafiq əmrlərə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin (İŞ) 4 müstəntiqinin yeri dəyişdirilib.
Belə ki, idarənin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov, müstəntiqlər - polis kapitanları Anar Məmmədov və Rüfət Allazov Xətai RPİ-nin İstintaq şöbəsinə müstəntiq təyin olunublar.
Sabunçu RPİ-nin İstintaq şöbəsinin digər müstəntiqi Anar Miralayev isə Səbail RPİ-nin müvafiq şöbəsinə müstəntiq təyin edilib.
Xatırladaq ki, bir neçə ay əvvəl Sabunçu RPİ-nin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əhədov Xətai RPİ İŞ-ə rəis təyin edilmişdi.
Qaynar.info