Xəbər lenti

DİN Hacıqabuldakı əməliyyatın görüntülərini yaydı (FOTO)
Ölkə08:05 02.08.2017

DİN Hacıqabuldakı əməliyyatın görüntülərini yaydı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

DİN-nin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb.

Bildirilir ki, baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.

Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qaynarinfo.Az