Xəbər lenti

DİN-in mayoru qəza törətdi
Ölkə09:32 05.03.2016

DİN-in mayoru qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyinin bölük komandiri qəzaya düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. M.Hüseynzadə küçəsi ilə hərəkətdə olan DİN-in Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının bölük komandiri, polis mayoru 1967-ci il təvəllüdlü İlham Kərimovun idarə etdiyi “Mercedes E-240” markalı avtomobil Bakı sakini 1965-ci il təvəllüdlü Pənah Əhmədovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində İ.Kərimov xəsarət alıb. O DİN-in Hospitalına yerləşdirilib. Araşdırma aparılır.

Qaynar.info