Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyindən hava xəbərdarlığı
Ölkə 22:11 22.11.2023

Dövlət Dəniz və Liman Agentliyindən hava xəbərdarlığı

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib. 

Xəbərdarlığa əsasən, sabahdan noyabrın 24-dək Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyinin sürətinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə  4.0-6.0 m.çatacağı proqnozlaşdırılır. 
 
Bu  təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji  Proqnozlar Bürosundan DDLA-nin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi təhlil olunub. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində təlimatlandırılıb. Lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.
 
Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->