Xəbər lenti

Dövlət ittihamçısı Hüseyn Həsənova 6 il həbs cəzası istədi
phrase_var_qaynar. 18:30 31.07.2026

Dövlət ittihamçısı Hüseyn Həsənova 6 il həbs cəzası istədi

Rusiyada məşhur azərbaycanlı bloger Hüseyn Həsənov barəsində açılmış pul vəsaitlərinin leqallaşdırılması işi üzrə dövlət ittihamçısı 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Qaynarinfo xəbər verir ki, Rusiya KİV-in məlumatına görə, bu barədə blogerin vəkili Mixail Yusupov bildirib.

İttihama əsasən, Hüseyn Həsənov 170 milyon rubldan (təxminən 2,1 milyon ABŞ dolları) artıq məbləğdə vergidən yayınıb. İstintaq hesab edir ki, o, daha sonra daşınmaz əmlak alqı-satqısı müqaviləsi vasitəsilə həmin vəsaitin bir hissəsini leqallaşdırmağa çalışıb.

Bloger isə ittihamları qəbul etmir. O, daha əvvəl sosial şəbəkə hesablarında vergi borcunu tam ödədiyini açıqlayıb və məhkəmədə maraqlarının vəkillər komandası tərəfindən müdafiə olunduğunu bildirib.

Xatırladaq ki, 2025-ci ilin yazında Hüseyn Həsənov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib. İstintaqın məlumatına görə, bloger həmin ilin fevralında Rusiyanı tərk edib. Yerli KİV onun hazırda Azərbaycanda və ya Birləşmiş Ərəb Əmirliklərində ola biləcəyini yazır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->