Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı... - Xalq artisti (FOTOLAR)
Qaynarinfo bir dövr Azərbaycan kinolarının ulduz aktrisası hesab olunan Leyla Sıxlinskaya
haqqında maraqlı məlumatları təqdim edir.
Leyla
Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Atası Fərrux
Sadıxov metallurq kimi fəaliyyət göstərib. Daşkəsəndəki mədən müəssisələrinin
birində müdir işləyib. Daha sonra nazirlikdə çalışıb. Anası Aza Şıxlinskaya
kosmetoloq olub. Leylanın beş yaşı olanda valideynləri ayrılıb. Anası ikinci dəfə
kinorejissor Tofiq Tağızadə ilə ailə qurub. Atası da ikinci dəfə evlənib. Bu
evlilikdən onun üç övladı doğulub.
***
Gənclik
illərində baletlə məşğul olan aktrisa sonradan onurğasından çox ciddi zədə
alaraq bu sahədən uzaqlaşır. Kino sahəsinə istiqamətlənən Şıxlinskaya Moskvaya
gedərək GITIS-in Teatrşünaslıq fakültəsinə daxil olur. Davamlı balet haqqında məqalələr
yazır. Azərbaycan baleti mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə
doktorluq dissertasiyasını müdafiə edir. O, Azərbaycan baleti haqqında iki
kitabın müəllifidir. Bunlardan biri isə azərbaycanlı balerina Leyla Vəkilova
haqqındadır.
Leyla
xanım 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq
elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1993-cü ildə Azərbaycanın Əməkdar
artisti fəxri adına, daha sonra isə Xalq artisti fəxri adına layiq görülüb.
***
Aktrisa
"Arşın mal alan”, "Bağ mövsümü”, "Cazibə qüvvəsi”, "Dantenin yubileyi”, "Dədə
Qorqud”, "Gün keçdi”, "Qəm pəncərəsi”, "Qızıl qaz” filmlərinə çəkilib. Ona ən
böyük məşhurluğu isə "Arşın mal alan” filmindəki Gülçöhrə və "Gün keçdi”
filmindəki Əsmər obrazları gətirib.
"Gün
keçdi” 1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor
Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə
Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın (Həsən Məmmədov) öpüşməsi səhnəsini çəkmək
istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L.
Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və
Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək.
Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat
yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta
bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç
nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
Deyilənə
görə, Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb atalığı rejissor
Tofiq Tağızadənin əməyi olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində
qeyd edir ki, Tağızadə onu "Bağ mövsümü” filminə çəkmək istəmirmiş:
"Mənim
oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox
kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə
səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb
qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün
yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir
sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var. Tağızadə
filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.
***
Leyla
Şıxlinskaya Azərbaycan Xalq Cümhuriyyətinin Hərb nazirinin müavini general
Əzizağa Şıxlinski ilə qohumluq əlaqələrinin olduğu da deyilir. Aktrisa özü bu
barədə açıqlama verərkən bildirib ki, müəyyən qohumluq əlaqələri olması barədə
məlumat doğrudur. Və o, həm də Məşədi Əzizbəyov adına doğum evinin qurucusu
Mustafa bəy Hacıqasımovun nəvəsidir.
Valideynlərinin
hər ikisi ilə yaxşı münasibətləri olan aktrisa onların mühafizəkarlığı barədə
müsahibələrinin birində deyir:
"Anam
uşaqlara qarşı sərt idi. O, ədəb, gözəl davranış qaydaları kimi anlayışlara çox
diqqət yetirirdi. Atam çox mühafizəkar idi və bəzən onunla mübahisə edirdik.
Belə mübahisələrin nəticəsi olaraq mən anamın soyadını daşımalı oldum. Atam qəti
şəkildə mənim xoreoqrafiya məktəbində oxumağıma qarşı çıxırdı. O, həmişə
deyirdi:
"İdmana
həvəs göstərsən, yaxşı olar".
Kolleci
bitirib rəqqasə ixtisası alanda atamla dalaşdıq. Atam deyirdi ki, mənə rəqqasə
qız lazım deyil. Bu peşə onun soyadını rüsvay edəcək. Anam atamın mənə dediyi
bu sözləri öyrənəndən sonra mənim soyadımı dəyişdirdi və mənə öz soyadını verməli
oldu”.
Bir
müddət Azərbaycan kinosunda ən tələb olunan aktrisa Leyla Şıxlinskaya kino
yaradıcılığı haqqında belə deyir:
"Sonralar
kinolara çəkilməməyim mənim ixtiyarımda olan məsələ deyildi. Bu məsələ
rejissorların və ssenaristlərin istəyinə bağlı idi. Mənə rollar təklif etdilər,
amma bir çox hallarda mənim prinsiplərimə və inanclarıma uyğun gəlmirdi. Və
yaxud da bəyəndiyim rollar digər aktrisalara təklif olunurdu. O vaxtlar Bakıda
da az olurdum, Moskvada yaşayırdım. Olimpiya komandasında bədii gimnastika üzrə
xoreoqraf kimi, həmçinin Bolşoy Teatr Məktəbində xoreoqrafiyadan dərs
deyirdim”.
***
Aktrisa
1988-ci ildə Bakıda Rusiya Dövlət Dumasında fəaliyyət göstərən Andrey Loginov
ilə tanış olub ailə qurur. Aktrisanın əvvəlki evliliyindən iki övladı var. Qızı
Jaila və oğlu Filip.
***
Leyla
Şıxlinskaya Azərbaycanın ilk özəl klinikalarından birinə rəhbərlik edib.
2002-ci ildə "Humay" mükafatına layiq görülüb. Hazırda Qubadakı otellərin
birinin rəhbəri kimi fəaliyyət göstərir.
Aktrisa
dörd dəfə evli olub. O, həyat yoldaşları haqqında ona verilən suala verilişlərin
birində belə cavab verib:
"Bəli.
Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə
verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz
həyat ağ-qara filmə bənzəyir”.
Xalq
artisti müəyyən dövrlərdə Azərbaycan aktrisaları Amaliya Pənahova və Həmidə Ömərova
ilə qalmaqal da yaşayıb. Müsahibələrinin birində "Həmidə Ömərovanı
tanımıram. Şəfiqə Məmmədovanı isə ən yaxşı aktrisa hesab edirəm" fikrini səsləndirib.
Daha sonra isə Amaliya Pənahovanın "Gün keçdi” filmində onun Əsmər obrazını səsləndirməsini
bəyənmədiyini vurğulayıb:
"Amaliya
xanım başqa aktrisalar kimi Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib.
Məsələ yaşda deyil, kim kimdən böyükdür, kiçikdir... Filmdə səsləndirməni eşidəndə
tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.
Aktrisa
hazırda 74 yaşındadır. Kifayət qədər baxımlı qadın olan Leyla xanım ona cavan
qalması ilə bağlı verilən suallara belə cavab verib:
"Çox
rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən
də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır
əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan
qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz?
Plastik əməliyyat etmisiz, yaxşı etmisiz!".
Şərhlər