Xəbər lenti

Dünənki "Galendevagen" qəzasının yeni görüntüləri (VİDEO 18+)
Ölkə08:56 04.08.2017

Dünənki "Galendevagen" qəzasının yeni görüntüləri (VİDEO 18+)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsinin yeni görüntüləri yayılıb.

"Qaynarinfo"nun baku.ws-ə istinadən məlumatına görə, Seyran adlı şəxs Youtube kanalında qəza zamanı və hadisədən sonrakı vəziyyəti çəkib.  

Qeyd edək ki, "10-PP-203" dövlət nömrə nişanlı "Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yanın. Baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qaynarinfo.Az