Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 90-cı yubiley mövsümünü açır.
Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, kollektiv oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə tamaşaçıların görüşünə gəlir.
Mövcud karantin qaydalarına uyğun olaraq dezinfeksiya işləri ilə yanaşı repertuar planı da tərtib olunub. Teatr tamaşaçıları "Cırtdan” tamaşası ilə salamlayacaq. Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin "Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək.
Xatırladaq ki, teatr həmin günü daha yaddaqalan etmək üçün tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunacaq. Odur ki, Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər.
Şərhlər