
Prezidentliyə namizədlərin pulsuz efir vaxtı ilə bağlı püşkatmanın tarixi bəlli olub.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib ki, püşkatma sentyabrın 16-da keçiriləcək. Püşkatmanın nəticəsi əsasında namizədlər arasında efir vaxtı bölüşdürüləcək.
Qanunvericiliyə əsasən namizədlər üçün pulsuz efir vaxtı İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti (İTV) tərəfindən həyata keçiriləcək.