Şəhid yaxını: “Ramil yuxuda dedi ki, iti gətir, onunla sağollaşmalıyam” (VİDEO)
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Ramil Rzayevin Baffi adlı itinin onun məzarı üzərində yatması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Şəhidin yaxını Sabina Rzayeva itin Ramil Rzayevin məzarına necə gəlməsindən danışıb:
"İt məndə idi. Ramil yuxuma girdi, dedi ki, iti gətir, mən onunla sağollaşmalıyam. Amma mənə dedilər ki, olmaz. Ramilin anası Lena xanıma dedim ki, bunu etməliyəm. Çünki it ulayırdı. 10 ay əvvəl Baffi Ramilin köynəyini götürüb öz yuvasına qoyub”.
APA TV-nin bununla bağlı hazırladığı süjeti təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər