Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasında mübarizəyə start verib.
Qaynarinfo-nun məlumatına görə seriyanın səkkizinci mərhələsi olan "Aimchess Rapid” turnirindəki ilk görüşündə norveçli Maqnus Karlsenə qalib gələn Məmmədyarov gün ərzində ümumilikdə 4 oyun keçirib. İkinci matçda qara fiqurlarla oynayan və polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələn qrossmeyster 71-ci gedişdə məğlubiyyətlə barışıb. Məmmədyarov üçüncü görüşdə niderlandlı Aniş Qirini məğlub edib. Günün son qarşılaşması kanadalı Erik Hansen ilə olub. Bu oyunda tərəflər bərabərliyə razılaşıblar.
Nəticədə 4 oyundan sonra hesabında 7 xal toplayan Məmmədyarov turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.
Səbuhi Həsənov
Şərhlər