Xəbər lenti

Ələ keçirilən hərbi qənimətlər Azərbaycanın əmlakıdır – Hərbi ekspert
Ölkə09:56 06.10.2020

Ələ keçirilən hərbi qənimətlər Azərbaycanın əmlakıdır – Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ələ keçirilən düşmən qənimətləri bizim əmlakımız hesab olunur”.

BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə deyib. Onun sözlərinə görə, müharibənin yazılmış və yazılmamış qaydaları var:

"Hər bir hərbi qənimət onu ələ keçirən tərəfin əmlakı kimi qəbul olunur. Qaytarıla bilər, ancaq iki dövlətin arasında olan saziş baxımından. İlk növbədə adətən əsirlər qaytarılır. Texnika, sursat isə adətən qaytarılmır və istifadə oluna bilər. Yox əgər istifadə oluna bilmirsə, ləğv oluna da bilər. İkinci Dünya Müharibəsinin nümunəsində 1941-ci ildə məşhur T-34 tankları almanların əlinə keşmişdi. Onlar sovet tanklarının üstünə simvollar çəkib 1945-ci ilə kimi istifadə etmişdilər. O cümlədən toplardan da”.

Azad İsazadə bildirib ki, cəbhə bölgəsində ələ keçirilən qənimətləri işlətmək əsgərlər üçün daha rahatdır:

"Çünki ermənilərin texnikaları Rusiyaya məxsusdur. Biz onlardan ya texnika, ya da ehtiyat hissələr kimi istifadə edə bilərik”.

Bahar Rüstəmli