Xəbər lenti

“Eleven” klubda kütləvi dava
Ölkə15:48 10.06.2014

“Eleven” klubda kütləvi dava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onlar 6 nəfərin hücumuna məruz qalıblar.

Bakının mərkəzində yerləşən otellərdən birində kütləvi dava-dalaş olub.

Qaynar.info lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti 133 ünvanında, “Park inn” otelinin 11-ci mərtəbəsində yerləşən “Eleven” klubunda müştərilərlə oranın işçiləri arasında qarşıdurma olub.

Səbail Rayon Polis İdarəsindən bildirilib ki, hadisə vaxtı klubdakı müştərilərdən Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Khundadze Levan Alvaviç və Bakı sakini, 1989-cu il təvəllüdlü Boqdanov Roman Andreyeviç müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Polisə müraciət edən hər iki şəxs bildirib ki, klubun barmeni və orada işləyən digər 6 nəfərin hücumuna məruz qalıblar.

Faktla bağlı araşdırma aparılır.