Əli silahlı "din" adamları: Sovet dövründə belə qan çanağı olan erməni kilsəsi (FOTO)
Qarabağ müharibəsində erməni əsgərlərinin ölümündə səbəbkar
birinci şəxs Ermənistan Baş Naziri Nikol Paşinyandırsa, ikinci şəxs bütün ermənilərin
katolikosu II Qaregindir.
Qaynarinfo Trend-ə istinadla xəbər verir ki, II Qareginin bu
günlərdə əhaliyə müraciəti onu göstərir ki, o, insanarı sülhə deyil, müharibəyə
səsləyir. Adətən dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və
terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır.
Bütün ermənilərin katolikosu xalqa müaricət edərək bildirib
ki, əli silah tutan hər kəs cəbəhəyə gedib döyüşməlidir. Artıq sosial şəbəkələrdə
də erməni "din" adamların əlində silah cəbhəyə yollandıqlarını əks
etdirən görüntülər də yayılır.
Adətən bütün dinlərin əsasında sülh dayanır və adətən din
xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos
isə bunun əksini edir, hətta "humanitar atəşkəs”in başlanmasından bir neçə saat
öncə erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırır.
Qeyd edək ki, erməni kilsəsinin savaşa çağırışı ilk deyil.
Bu kimi çağırışlar müxtəlif vaxtlarda baş verib. Hətta Sovet dövründə SSR Azərbaycan
Dövlət Təhlükəsizlik Komitəsi erməni kilsələrinin birində xeyli sayda silah
sursat aşkarlamışdı.
Şərhlər