
Sentyabrın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev barəsində Göygöl rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
“Bizim yol”un məlumatına görə, M.Mustafayev hələ icra başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb.
Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə prezidentə məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub. Hazırda Göygöl Rayon Prokurorluğunda onun barəsində araşdırma aparılır. Bu, M.Mustafayevin ilk zorakı hərəkəti deyil.