Xəbər lenti

Ərdoğan:
Dünya 15:32 12.11.2023

Ərdoğan: "İndi Baydenə zəng etməyim ağılsızlıq olardı"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Avropa İttifaqında aydın mövqe görmür. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Brüsselin yanaşmaları Ankaranın baxışı ilə üst-üstə düşmür.

"Məsələlərin hər birində Aİ-nin Türkiyəyə baxışı təəssüf ki, yanlışdır. Və bu məsələdə (Fələstin-İsrail münaqişəsi) biz yenə ziddiyyətlər görürük. Biz Aİ-nin bu tələsinə düşmək istəmirik və düşə bilmərik. Aİ bu İsrail qırğınında ədalət görür, ona hörmət edirmi? Bu barədə Aİ-dən soruşmaq lazımdır. Təəssüflər olsun ki, indiyədək Aİ-yə üzv olan heç bir dövlətin dəqiq mövqe sərgilədiyini görməmişəm. Yalnız indi öz sözünü deməyə başlayırlar. Görəsən Almaniyanın həm prezidenti, həm də kansleri hansı mövqedən çıxış edirlər? Almaniyaya səfərim zamanı bu məsələyə aydınlıq gətirəcəyəm. Amma hələlik onların tərəfində heç bir aydınlıq yoxdur. Hələlik Aİ-nin yanaşmaları təəssüf ki, bizimki ilə üst-üstə düşmür”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bildirib ki, Vaşinqton Qəzzanı İsrail ərazisi hesab edərsə, Türkiyə ilə ABŞ arasında bu məsələdə razılaşma mümkün deyil:

"Fəaliyyətə başlamaslı lazım olan ən mühüm ölkə İsrailə təsiri olan Amerikadır... Qəzza Fələstin xalqının torpağıdır. Amerika bunu tanımalıdır. Əgər Baydenin Qəzza Fələstin xalqının torpağı olmadığına dair yanaşması varsa, bizim razılaşmamız mümkün deyil".

Ərdoğan həmçinin bildirib ki, amerikalı həmkarı Co Baydenə Qəzzadakı vəziyyətlə bağlı zəng etməyəcək, çünki Türkiyə Yaxın Şərqdə əsas ölkədir:

"ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib. Baydenə zəng etməyim ağılsızlıq olardı".

Prezident əlavə edib ki, bu coğrafiyada Türkiyədən keçmədən təşəbbüs və ya planla çıxış etmək mümkün deyil. Onun sözlərinə görə, Ankaranın bütün böhranlı bölgələr üçün tamamilə azad həll reseptləri var.

"Türkiyə problemin həlli üçün ən real təkliflər verən ölkədir. Türkiyə regiondakı böhranların və problemlərin həlli üçün əsas ölkədir", deyə Ərdoğan vurğulayıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->