Siyasət 15:15 27.03.2023

“Erməni icması bu dəfə də danışıqlardan imtina edərsə....” - Ekspert

"Qarabağda yaşayan ermənilər rəsmi Bakı ilə danışıqlara gedib, inteqrasiya məsələlərini həll etməlidirlər, ya da indiyə qədər olduğu kimi bərbad şərtlər altında yaşamağa davam etməlidir. Amma hər bir halda Azərbaycan Qarabağda öz dövlət strukturlarının yerləşməsini, həmin ərazilərin Azərbaycanın tam nəzarətinə keçməsini təmin edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi təklifini şərh edərkən deyib. Onun fikirincə bu sadəcə zaman məsələsidir:

"Görüş martın 1-də Xocalıda keçirilmişdi. Orda Qarabağın erməni icması və rus kontingentinin komandanlığı iştirak edirdi. Biz ikinci görüşü martın 13-də təklif etdik, amma Qarabağ erməniləri bundan yararlanmadı. İkinci təklifi də bu gün təqdim etmişik. Əgər bu dəfə də imtina etsələr, o zaman Azərbaycan tərəfi erməni icması ilə danışıqlardan imtina etməyəcək. Amma növbəti təklifi də Azərbaycan tərəfi səsləndirməyə bilər”.

Ədalət Verdiyev hesab edir ki, Azərbaycanın Qarabağda erməni silahlılarının təmizlənməsinə köklənməsi daha real görünür: 

"Son fəaliyyətlərimizdə biz erməni silahlılarına dəstək üçün daşınmaların qarşısının alınması üçün uğurlu yerdəyişmə həyata keçirmişik. Artıq Turssu-Xəlifəli-Xankəndi yolu Azərbaycan Ordusunun tam nəzarətindədir”. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib. 

Bahar Rüstəmli