Dünyanın ən varlı erməni iş adamlarından biri, Rusiyada həbs edilmiş Levon Hayrapetyan Moskva təcridxanasında huşunu itirib.
Anspress-in məlumatına görə, qardaşı oğlu Qurgen Hayrapetyan bildirib ki, onu naşatır spirti ilə özünə gətiriblər.
Azərbaycanın Dağlıq Qarabağ ərazisində anadan olmuş Levon Hayrapetyan iyulun 24-də tutulub. Ona israfçılıq, çirkli pulların yuyulması və "Başneft"in səhmlərinin mənimsənilməsi ilə bağlı ittiham təqdim edilib.
Levon Hayrapetyan Dağlıq Qarabağdakı oyuncaq rejimin əsas sponsorlarından biri kimi tanınır. Qaynar.info