Xəbər lenti

Ermənilər Ağdamdan qaçır: Bayramlar kəndi azad olundu - TƏCİLİ
Ölkə11:48 05.08.2014

Ermənilər Ağdamdan qaçır: Bayramlar kəndi azad olundu - TƏCİLİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ordumuzun bölmələri Ağdamın Bayramlar kəndini ermənilərdən azad edib.

Ölkə.az-a Ağdam rayonundan verilən xəbərdə bildirilir ki, rayonun Çıraqlı kəndindən 2 km məsafədə yerləşən Bayramlar kəndi ermənilərdən azad edilib.

Saytın Qarabağa ezam olunmuş müxbirin verdiyi məlumata görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinə aid döyüş helikopterləri həmin kəndin üzərində rahatlıqla uçurlar. Düşmən tərəfin müqavimətinin tam sındırıldığı bildirilir. Əldə olunan kəşfiyyat məlumatlarına görə, erməni əsgərləri işğal olunmuş ərazilərimizdəki postları bir-birinin ardınca tərk edərək qaçırlar.

Qeyd edək ki, az öncə Müdafiə Nazirliyinin mətbuat şöbəsinin müdiri Vaqif Dərgahlı ilə bu xəbərlə bağlı əlaqə saxlanıb, o, xəbəri nə təsdiq, nə də təkzib edib.

Qaynar.info