"Bu, rəsmən
soyqırımdır”.
BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov Ermənistan silahlı birləşmələrinin Bərdə şəhərində qadağan olunmuş kaset
bombalarından istifadə edilməklə 19 nəfərin ölümü, 60-a yaxın mülki şəxsin
yaralanmasından danışarkən deyib. Onun sözlərinə görə, ermənilərin Azərbaycana
soyqırımı davam edir:
"Dünya,
beynəlxalq təşkilatlar bunu görür, susur. ABŞ-ın danışıqlarının heç birinə əhəmiyyət
vermirlər, Rusiyanın humanitar atəşkəsinə məhəl qoyan yoxdur. Dünən Gəncə, bu
gün Bərdə şəhərinin dağıdılması yoverilməzdir. Bunun qisasını Azərbaycan ordusu
cəbhədə alır. Cəbhədə məğlub olan düşmən nə edəcəyini belə bilmir, onun
qisasını mülki əhalidən alır”.

Ekspert
Ermənistanın yaxın günlərdə daha böyük məğlubiyyətə uğrayacağını qeyd edib:
"Yaxın
günlərdə biz torpaqlarımızı bütünlüklə azad edəcəyik. Ermənistan beynəlxaq
hüquqda ən ağır cinayətləri - terror, soyqırım, işğal, təcavüz, mülki əhaliyə
qadağan olunmuş silahlardan istifadə etmə, tarixi abidələri məhv etmə və s.
bunların hər birinə görə beynəlxalq məhkəmədə cavab verəcək. Onları azərbaycan
dövləti mühakimə edəcək. Bu soyqırımda dünyasını dəyişənlərə Allah rəhmət olsun
deyirəm”.
Qeyd
edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərini beynəlxalq
hüquqla qadağan olunmuş kaset bombaları atıb. Zərbələrin endirilməsi nəticəsində
19 nəfər həlak olub, 60-a yaxın mülki şəxs isə xəsarət alıb, şəhərdə yerləşən
mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan
dəyib.
Bahar
Rüstəmli
Şərhlər