Xəbər lenti

Əsgərlərə maaş əvəzinə qadın verildi
Ölkə08:58 12.03.2016

Əsgərlərə maaş əvəzinə qadın verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Sudanda üsyançı döyüşçülərə maaş əvəzinə qadınları zorlamaq icazəsi verilib, - BMT hesabatında deyilir.
Qaynar.info musavat.com-a istinadən bildirir ki, müstəntiqlər müəyyən ediblər ki, ötən il bu neftlə zəngin ölkədə 1300 qadın zorlanıb.
Ordu qəsdən "viran qoyulmuş torpaq" siyasətini yürüdərək müharibə cinayətləri sayılan dinc əhaliyə qarşı qətl və zorlama təşkil edir, - BMT bildirib.
Hökumət ordunun dinc sakinləri hədəfləməsini inkar etsə də, təhqiqat aparıldığını deyir.
"Qarşılıqlı fəaliyyət qaydaları var və biz onlara əməl edirik", - prezidentin sözçüsü Salva Kiir Ateny Wek Ateny BBC Newsday proqramına bildirib.
Hesabata görə, qiyamçılar "nə bacarırsan, et və nə götürürsən, götür" razılaşmasına əsasən hərəkət ediblər. Bu isə qadın və qızların onlara maaş əvəzinə verilməsinə və onları zorlamasına şərait yaradıb.
Bir qadın deyib ki,  10 əsgərin ərini öldürdükdən sonra 15 yaşlı qızını zorlamasını gözüylə görüb.
BMT-nin İnsan Haqları üzrə Komissarı Zeid Raad Al Hussein bildirib ki, Cənubi Sudanda baş vermiş cinsi zorakılığın miqyası və tipi dünyada ən ağlagəlməz insan haqları pozulmasıdır.
Cənubi Sudanda vətəndaş münaqişəsi 2013-cü ilin dekabrından bəri davam edir.
Qaynar.info