Ekonomiks 14:30 16.03.2023

Expressbank ağacəkmə aksiyasında iştirak etdi (R)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə maliyyə sektorunun nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası baş tutdu. 

Expressbank heyətinin də qatıldığı aksiya Müşfiqabad qəsəbəsində həyata keçirildi və 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkildi. 

Qeyd edək ki, aksiya Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) daxil olmaqla bir neçə assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 13 mart 2023-cü il tarixində imzalanmış "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirildi. 

Korporativ sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayıran Expressbank ənənəvi olaraq ekoloji layihələrdə də aktiv şəkildə iştirak edir.

Expressbank xidmətləri haqqında ətraflı məlumatı 132 nömrəsinə zəng edərək və ya rəsmi veb saytından, Facebook, Instagram səhifələrindən, Bankın filiallarından əldə edə bilərsiniz.

Expressbank - İşiniz rahat getsin!