İdman 10:32 29.04.2023

Fatih Terim Bakıya gəlir (SƏBƏB)

Türkiyə yığmasının və "Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terim Bakıya gələcək.

Qaynarinfo xəbər verir ki, "İmperator” iyunun 17-də paytaxtımızda olacaq.

Fatih Terim Bakı Konqres Mərkəzində çıxış edəcək. O, keçdiyi həyat yolundan, futbolda qazandıqları uğurlardan danışacaq.

Qeyd edək ki, Fatih Terim futbolçu karyerası ərzində "Adana Dəmirspor" və "Qalatasaray"da çıxış edib. Məşqçi kimi əfasanəsinə çevirildiyi "Qalatasaray"ı 4 dönəm çalışdıran (1996-2000, 2002-2004, 2011-2013, 2017-2022) "İmperator" həmçinin Türkiyədə "Ankaragücü", "Göztəpə", İtaliyada "Fiorentina" və "Milan" klublarına başçılıq edib. 1990-1993-cü illərdə Türkiyə U-21-ini çalışdırıb və daha sonra 3 dönəm əsas milliyə başçılıq edib (1993-1996, 2005-2009, 2013-2017).

Fatih Terim məşqçi olaraq "Qalatasaray"la 20 kubok qazanıb. Belə ki, o, Türkiyə Super Liqasının (8 dəfə), ölkə kubokunun (3), Super Kubokun (5), TSYD Kubokunun (3) və UEFA Super Kubokunun (1) qalibi olub.

"İmperator"un rəhbərlik etdiyi Türkiyə millisi 2008-ci il Avropa çempionatının yarımfinalında oynayıb.

Aydın