Xəbər lenti

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı
Ölkə20:00 31.08.2026

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

Qaynarinfo “apa.az”a istinadən xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 1 həkim-mütəxəssis əlavə olunub.

Belə ki, Həsənli Abidin Nəsib oğlu siyahıya əlavə olunub.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 45 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.