Xəbər lenti

Fələstin və ABŞ müharibədən sonra Qəzzanın idarə edilməsinə dair plan hazırlayır
Dünya 14:00 08.12.2023

Fələstin və ABŞ müharibədən sonra Qəzzanın idarə edilməsinə dair plan hazırlayır

İordan çayının qərb sahilindəki Fələstin Administrasiyası Birləşmiş Ştatlarla birlikdə müharibədən sonra Qəzza zolağının idarə olunması ilə bağlı planı üzərində işləyir. Bununla bağlı danışan Fələstinin baş naziri Məhəmməd Ştaye İsrailin HƏMAS qruplaşmasını məhv etmək məqsədinin real olmadığını bildirib. 

Qaynarinfo xəbər verir ki, siyasətçinin "Bloomberg"ə verdiyi məlumata görə, hər iki tərəf İsrailin anklavı yenidən işğal etməməsi, Qəzza əraziləri hesabına bufer zonasının yaradılmaması və fələstinlilərin qovulmaması ilə razılaşıb.
 
Məhəmməd Ştayenin sözlərinə görə, İsrail HƏMAS hərəkatını məhv edə bilməyəcək. O hesab edir ki, münaqişənin ən yaxşı nəticəsi qruplaşmanın yeni müstəqil dövlətin bərpasına kömək etməklə Fələstin Azadlıq Təşkilatının (FAT) kiçik tərəfdaşı olmasıdır.

"Əgər onlar razılığa gəlməyə və Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etməyə hazır olsalar, danışıqlar üçün yer olacaq. Fələstinlilər parçalanmamalıdır", deyə Ştaye vurğulayıb.

Daha əvvəl "Reuters" mənbələrə istinadən xəbər verib ki, İsrail hakimiyyəti müharibə başa çatdıqdan sonra öz ərazilərinə hücumların qarşısını almaq üçün Qəzza zolağında ərəb ölkələrinin nəzarətində olan bufer zonası yaratmaq istəyir. Lakin dekabrın 6-da İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, müharibə başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağının tərksilahına nəzarəti əlində saxlamalıdır.

"The Washington Post”un yazdığına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası müharibə bitdikdən sonra Qəzza zolağına yeni Fələstin Milli Administrasiyasının rəhbərlik etməsini istəyir. Lakin həm İsrail hakimiyyəti, həm də fələstinlilərin özləri bu fikrə qarşı çıxırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->