Finlandiya hakimiyyət orqanları, Baltik dənizində sualtı kabellərə zərər vuran Rusiya "kölgə donanması"na məxsus "Eagle S” tankerinin dənizdə üzmək üçün yararsız olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat
yayıb.
Qərar dövlət liman nəzarətinin keçirdiyi yoxlamalardan sonra qəbul edilib. Bu yoxlamalar nəticəsində gəmidə 32 nasazlıq aşkar edilib.
Problemlər arasında üçü kritik səviyyəli olub: yanğın təhlükəsizliyinin pozulması, naviqasiya avadanlığının nasazlığı və nasos bölməsində ventilyasiya problemləri. Bu barədə Finlandiyanın nəqliyyat agentliyi Traficom məlumat verib.
"Reysə davam etməzdən əvvəl gəmi bütün aşkar edilən nasazlıqları aradan qaldırmalı və ya bayraq dövləti ilə razılaşdırılmış təmir planını təqdim etməlidir", – deyə Traficom-un bəyanatında bildirilib.
Xatırladaq ki, Finlandiya hakimiyyət orqanları Rusiya "kölgə donanması"nın bir hissəsi olan neft tankeri ilə Finlandiya və Estoniya arasında elektrik kabelinin qırılması arasında əlaqəni araşdırıb.
Finlandiya məhkəməsi ötən həftə Baltik dənizində enerji kabelinə və dörd rabitə kabelinə zərər vurmuş "kölgə donanması"na məxsus tankerin saxlanmasına icazə verib.
Alpər
Şərhlər