Lionun
ətrafında yerləşən Fransız Bron kommunasının bələdiyyə başçısı ölüm təhdidi
almağa başlayıb.
Qaynarinfo
Fiqaroya istinadla xəbər verir ki, şəhərdə naməlum şəxslərin Ceremi Breonun
başının kəsiləcəyini vəd edən yazılar tapılmaqdadır. Məlumatlara görə, bildirişlər
cümə axşamı gecə hardasa iyirmi nəfərlik bir qrup tərəfindən hazırlanıb. Bələdiyyə
sədrinə mesaj belədir: "Ceremi Breo, sənin başını kəsəcəyik". Bundan
başqa, "polislərin də işi bitdi" deyə xəbərdarlıq edilib.
Daxili
İşlər Naziri Jerald Darmanen bələdiyyə sədrinin lazım olan hər cür qorunma ilə
təmin ediləcəyini bildirib.
"Valeurs
actuelles” qeyd edib ki, baş kəsmə təhdidləri Conflans-Saint-Honorine-də bir müəllimin
vəhşicəsinə öldürülməsindən bir neçə gün sonra ortaya çıxsa da, bu dəfə
İslamçılar bununla əlaqəli olmaya bilərlər.
Nəşr
2019-cu ilin oktyabrında da şəhərdəki binaların divarlarında hökumət nümayəndələrinə
qarşı təhdidlərin meydana çıxdığını qeyd edib. Naməlum şəxslər yerli polisin
geniş miqyaslı narkotik əleyhinə reydindən sonra mesajlar buraxıb.
Alpər
Şərhlər