Xəbər lenti

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib (FOTO/VİDEO)
Ölkə06:30 14.04.2020

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq aprelin 13-də Fövqəladə Hallar Nazirliyində (FHN) könüllü qanvermə aksiyası keçirilib.
FHN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildiriblər ki, qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub. Aksiyada nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/RHseBh4FeWU" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">