Sənət 20:37 04.12.2022

Gecələdiyi avtobusda vəfat edən aktyorun məzarı baxımsız vəziyyətdədir (VİDEO)

Gecələdiyi avtobusda vəfat edən aktyor Kamil Məhərrəmovun məzarı baxımsız vəziyyətdədir.

Müxtəlif obrazlarla tamaşaçı sevgisini qazanan Kamil Məhərrəmovun Sumqayıt səhər qəbiristanlığında yerləşən məzarını kol-kos basıb.

Onunla uzun müddət bir yerdə çalışan Xalq artisti, rejissor Firudin Məhərrəmov və tamaşalarda dəfələrlə tərəf müqabili olan Növrəstə Həşimova deyir ki, ən çox filmdəki obrazlarına görə tanınan  Kamil Məhərrəmovun məzarını  bir neçə il əvvəl ziyarət ediblər.

Aktyorun "Yol əhvalatı"nda canlandırdığı Paşa obrazı, "Mən mahnı qoşuram" filmindəki Höcəti, "Evlənmək istəyirəm"dəki Hüseyni, eləcə də "Mozalan" satirik kinojurnalında yaratdığı komik personajlar bu gün də tamaşaçı yaddaşından silinməyib. Ümumilikdə aktyorun filmoqrafiyasında 40-dan çox ekran əsərinin adı var.

Xatırladaq ki, Kamil Məhərrəmov 8 oktyabr 1993-cü ildə 52 yaşında dünyasını dəyişib. Aktorun həyat yoldaşı və 2 qız övladı var.