Xəbər lenti

Gəlin qonaqları qorxutdu - FOTO
Ölkə08:18 04.06.2014

Gəlin qonaqları qorxutdu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da Shona Karter-Brooks adlı bir qadın toy günü etdiyi hərəkət ilə hər kəsi şoka salıb.
Anspress-in məlumatına görə, xanım 1 aylıq körpəsini gəlinlik libasının ətəyində sürüyərək nikah mərasiminə gətirib. Shona bu şəkildə nigah masasına qədər gəlib, uşaq isə heç nədən xəbəri olmadan yatıb. 
Qonaqları şoka salan bu görüntü sosial şəbəkədə yerləşdirilib. Gəlinin bu hərəkəti minlərlə insan tərəfindən kobudluq kimi qəbul edilib və qadın qınaq obyektinə çevrilib. 
Bütün bunlar baş verdikdən sonra Karter şəxsi Facebook səhifəsində məsələ ilə əlaqədar şərh bildirib. Qadın "körpə çox təhlükəsiz bir yerdə idi" deyərək özünü müdafiə etməyə çalışıb. "İsa bizimlə olduğu müddət ərzində istədiyimiz vaxt, istədiyimizi etməyə haqqımız var".
Qaynar.info