İdman 15:56 24.01.2023

Gəncədə 4 qollu bərabərlik

Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

Qaynarinfonun məlumatına görə turun ilk oyun günündə bir qarşılaşma baş tutub. "Kəpəz" Gəncədə "Qəbələ"ni qəbul edib. Görüşdə əvvəlcə Gəncə təmsilçisi iki dəfə penaltidən fərqlənib. 18-ci dəqiqədə Ahmed Ayzaya və 42-də Martins Junior əllərinə düşən qol imkanlarını boşa xərcləməyib. Ancaq "Qəbələ" rəqibin qollarını cavabsız qoymayıb. Komanda Ruan Renato (63) və Ülvi İsgəndərovun (79) sayəsində hesabı bərabərləşdirməyə nail olub.
 
Başqa qol olmadığından Gəncədəki görüş 2:2 hesabı ilə yekunlaşıb və komandalar meydandan hərəyə 1 xalla ayrılıb. 
 
19-cu turun digər oyunları yanvarın 25 və 26-da keçiriləcək. Ayın 25-də "Qarabağ” "Turan Tovuz”un, "Sumqayıt” "Zirə”nin qonağı olacaq. Ertəsi gün isə "Şamaxı” "Səbail”i, "Sabah” isə "Neftçi”ni qəbul edəcək. 

Səbuhi Həsənov