
Bu gün Gəncədə artıq ənənə halını almış Bayraq Günü bayramı qeyd edilib.
Qaynar.info-nun məlumtına görə, şəhərin Bayraq meydanında əlamətdar gün münasibətilə tədbir keçirilib.Tədbirdə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev, şəhər içtimaiyyəti və digər rəsmilər iştirak edib.
Tədbir Dövlət himni ilə başlanıb. Daha sonra hərbi keçid olub. Üçrəngli bayrağımız hərbiçilərin, gənc şahinlərin çiynində nümaiş etdiriblər. Tədbiri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıq elan edib.
Şəhər başcısı Elmar Vəliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “Bayraq Günü”nün münasibətiylə şəhər sakinlərini təbrik edib. O, həmçinin ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan bayraq gününün respublikanın ikinci böyük şəhərində də böyük ruh yüksəkliyi ilə qeyd edildiyini, prezident İlham Əliyevin məlum fərmanı dövlətimizin əsas atributuna olan hörmət və ehtiramın daha da artırıldığını qeyd edib.
Bayram tədbirinin rəsmi hissəsindən sonra konsert proqramı düzənlənib.Onu da qeyd edək ki Gəncə şəhərində salınan bayraq meydanı öz görkəmi ilə göz oxşayır.Üç rəngli bayrağımız 76 metr hündürlükdə dalğalanır.
Qaynar.info