Xəbər lenti

Gənclər və İdman Nazirliyində yeni təyinat oldu
Ölkə14:52 20.12.2021

Gənclər və İdman Nazirliyində yeni təyinat oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) İdman şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
AGİN-in Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin Qaynarinfo-ya verdiyi məlumata görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Elnur Məmmədov müvəqqəti olaraq sözügedən vəzifəni icra edəcək.
Qeyd edək ki, Elnur Məmmədov bunadək müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, həmçinin Qırğızıstanda idman sahəsində çalışıb.