Vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və digər maddələrlə həbs edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev azadlığa çıxmaq istəyir.
Qaynarinfo-ya etibarlı mənbədən daxil olan məlumata görə, İmran Ağayevin ailəsi bununla bağlı Prezident yanında Əfv Komissiyasına da müraciət edib. Ailə üzvləri onun Heydər Əliyevin 100 illiyi ilə bağlı gözələnilən əfv sərəncamına düşməsini istəyir.
Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq və digər maddələrlə həbs edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb. Qərara əsasən, sabiq baş həkim İmran Ağayevin cəzası 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzası 3 il 6 aya endirilib.
Əhməd
Şərhlər