Gimnastlarımız Polşada keçirilən "IV Qdınyanın bədii gimnastika ulduzları-2022” adlı beynəlxalq turnirdə çıxış edib.
Qaynarinfo xəbər verir ki, yarışda Fidan Yusifzadə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Leyla Əliyevadan ibarət qrup hərəkətləri üzrə yığmamızın üzvləri çoxnövçülük proqramında və 5 halqa ilə hərəkətlərdə qızıl, 3 lent və 2 topla hərəkətlərin icrasına görə isə gümüş medal qazanıblar.
Fərdi növdə isə komandamızın üzvü Alina Gözəlova topla hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Bədii gimnastlarımız daha bir uğuru isə İspaniyanın Pamplona şəhərində keçirilən "Challenge” seriyasına aid dünya kuboku yarışlarında qazanıblar. Ölkəmizi təmsil edən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasına görə bürünc medallara layiq görülüblər.
Səbuhi Həsənov
Şərhlər