Siyasət 14:29 16.07.2022

Gürcüstan Azərbaycan və Ermənistana etimada görə təşəkkür etdi

"Tbilisi bu gün qonşu ölkələr arasında başlayan mühüm dialoqa ev sahibliyi edir. Bu prosesin çox vacib əhəmiyyəti var".

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Ermənistan birgə səylərlə regionda sülh və sabitliyi təmin etməyə çalışır: "Azərbaycanlı və erməni həmkarlarıma göstərdikləri etimada görə təşəkkür edirəm. Tərəflər arasında dialoqun Tbilisidə keçirilməsi çox önəmlidir.
Gürcüstan paytaxtı əsrlər boyu vacib qərarların qəbul olunduğu məkan olub və bunun davamı lazımdır".