Xəbər lenti

Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğradı: 15 nəfər xəsarət aldı
Ölkə12:38 17.07.2021

Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğradı: 15 nəfər xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına (DQ) məxsus "Ural” markalı avtomobil aşıb.
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı APA-ya bildirib ki, hadisə rayonun Aşıqlı kəndində günorta saatlarında baş verib: "Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olması səbəbindən isə hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.
E.Zahidov qeyd edib ki, faktla bağlı hazırda araşdırma aparılır.