Xəbər lenti

Göygöldə silahlı İNSİDENT
Ölkə11:02 09.01.2014

Göygöldə silahlı İNSİDENT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polis rəsmisi: "Silahlı insident torpaq sahəsi üstündə baş verib"

Göygöl rayonun ərazisində yanvar ayının 7-8-ə keçən gecə Daşkəsən rayon sakini,1961-ci il təvəllüdlü,Vəliyev Eyvaz Nadir oğlu güllələnib.

Avropa.info xəbər verir ki, hazırda xəstə aldığı güllə yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım (TTTY) xəsətəxanasın travmatologiya şöbəsində mülaicə olunur. Gəncə TTYX-nin tarvmatologiya şöbəsinin həkimi Şahin Quluyevin Avropa.info-ya verdiyi mlumata görə, xəstə “sağ dirsək nahiyyəsinin güllə” yarası diaqnozu ilə müalicə olunur.

Baş vermiş hadisə ilə bağlı Göygöl rayon polis şöbəsinin əməliyyat üzrə 1-ci müavini polis polkovnik leytinantı Eldar Bağırov isə hadisəni törətmiş olan şəxslərin kimliklərini də Avropa.info-ya açıqlayıb. O, vətəndaşı Gəncədə yerləşən “Daşqın İnşaat” firmasının sahibi Tahir adlı şəxsin güllələdiyini bildirib. Polis rəsmisi hadisə ilə bağlı bir neçə nəfərin Göygöl polisi tərəfindən həbs edildiyini deyib. "Silahlı insident torpaq sahəsi üstündə baş verib."

Qeyd edək ki, mübahisəli torpaq sahəsinə görə, bir neçə gün öncə Samux rayonu ərazisində torpağın sahibi Rəqidi adlı şəxsin də üzərinə silah çəkildiyi bildirilir. Lakin hadisə yerinə gələn Samux polisi Tahir adlı şəxsin hədə-qorxu kimi “razborka”da istifadə etmək istədiyi silahı onun əlindən almıb. 

İki gün öncə baş verən torpaq mübahisəsi zamanı isə güllələnmiş Vəliyev Eyvazdan başqa, Samux rayon sakini hal-hazırda Gəncədə yaşayan ərazisində Faiq Şərif oğlu da “Daşqın İnşaat”ın sahibi tərəfindən vəhşicəsinə döyülmüş, aldığı travma ilə bağlı da xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, əməkdaşımız “Daşqın inşaat”ın sahibi Tahir özünə məxsus olan maşının dövlət qeydiyyat nişanın da tərsinə taxılmış şəkilldə  fotosunu  çəkib. Hadisədə adı gedən Tahir adlı şəxsin özünün Daxili İşlər Nazirliyinin əməkdaşı olduğu bildirilir.

Qaynar.info