Xəbər lenti

“Hakimiyyəti dəyiş” -ŞÜAR
Ölkə09:00 12.07.2013

“Hakimiyyəti dəyiş” -ŞÜAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda üzərində hakimiyyət əleyhinə çağırışlar olan vərəqələr yayılıb.

APA-nın məlumatına görə, həmin vərəqələrə Abşeron rayonunun Xırdalan şəhərində daha çox rast gəlinir. Üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr yaşayış binalarında mənzillərin qapısına yapışdırılır.

Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” şüarları yazılıb.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya onlarda bu barədə məlumat olmadığı bildirilib.

Qaynar.info