Moskvada baş tutan "Lokomotiv” və "Yuventus” arasındakı
matçı UFC çempionu Həbib Nurməhəmmədov da izləyib. Stadionun diktoru fəxri
qonağı salamlasa da, "Lokomotiv” azarkeşləri bu salamlamanı fitlə
cavablayıblar.
Qaynarinfo medianyus-a istinadla xəbər verir ki, buna səbəb
isə Həbibin "Yuventus”un ulduz futbolçusu Ronaldonun dostu olması və stadionda
ona azarkeşlik etməsi olub.
Oyundan sonra Nurməhəmmədov "Yuventus”un çətinliklə qələbə
qazandığı matçla bağlı qısa şərh də edib:
"Oyun əla idi. Mənim xoşuma gəldi. Ronaldonun üç qol vəziyyəti
oldu, amma vura bilmədi… Allaha şükür ki, vurmadı. "Lokomotiv” məndə xoş təəssürat
yaratdı. Düznü deyim ki, bilmirdim, onlar belə yaxşı oynayırlar”.
Qeyd edək ki, Ronaldo və Nurməhəmmədov bir neçə ildir
dostluq edirlər. Həbib Madridə "Real”ın oyununu izləməyə gedib və portuqaliyalı
ulduza papaq hədiyyə edib. Öz növbəsində futbolçu da Həbibə öz formasını və top
bağışlayıb.
Şərhlər