Xəbər lenti

Həbsdə olan gömrükçü vaxtından əvvəl azadlığa buraxıldı
Ölkə07:36 08.04.2024

Həbsdə olan gömrükçü vaxtından əvvəl azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş inspektoru Azər Baxşıyev vaxtından əvvəl azadlığa buraxılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 3 il həbs cəzası təyin edilmiş sabiq gömrükçü cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin rəyini əsas götürüb.
Qeyd edək ki, A.Baxşıyev Naxçıvan MR keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur. O, 2022-ci ilin avqustunda Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilmişdi.