Xəbər lenti

Siyasət 12:00 09.10.2023

Həbsdən çıxan Əli Əliyev hardadır?

"Mənim kimi adamlar siyasətdən birdəfəlik getmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında fəaliyyəti dayandırılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O, bütün siyasi prosesləri izlədiyini bildirib:

"Bir müddət belə lazımdır. Amma bu o demək  deyil ki, siyasətdən getmişəm, əsla. Lazım olan vaxtlarda yenə də proseslərdə olacağıq”.

"Növbədənkənar parlament seçkiləri keçirilsə, namizdəliyinizi irəli sürəcəksinizmi” sualına Əli Əliyev belə cavab verib: 

"Bu barədə danışmaq tezdir. Mən bütün partiya üzvləri ilə sıx təmasdayam. Lazım gələndə mövqeyimi açıqlayacağam”. 

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Əli Əliyev Prezident İlham Əliyev mayın 8-də imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->