Xəbər lenti

Hərbi xidmətə getməyə hazırlaşan gənc BMW ilə avtoşluq etdi
Ölkə 14:52 13.03.2026

Hərbi xidmətə getməyə hazırlaşan gənc BMW ilə avtoşluq etdi

Bakı şəhəri, Səbail rayonu, Bayraq Meydanı ərazisində avtoşluq edən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 2008-cı ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olan F.S. barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxulqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, 1,5 ay sonra əsgər gedəcək 18 yaşlı F.S. BMW 550İ markalı avtomobili idarə etmək üçün Bayraq Meydanına yollanıb. O, meydanın ərazisində avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq edib.

F.S. məhkəmədə əməlindən çox peşman olduğunu bildirib və hərbi xidmətə gedəcəyini, yaşının nəzərə alınmasını xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, 600 manat məbləğində cərimə olunub. 

Aydın
--> -->