Xəbər lenti

Hərbiçilərimiz qəzaya düşdü
Ölkə06:00 10.07.2014

Hərbiçilərimiz qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün axşam saatlarında Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib. 
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Hikmət Qafarovun anspress-ə verdiyi məlumata görə, Masallı rayonunu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Vidadi oğlu Qəhrəmanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil aşıb.
Qəza nəticəsində sürücü və onun sərnişini, DSX-nın zabiti, leytenant Malik Elşən oğlu Hüseynov xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, avtomobil sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib. 
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info