Xəbər lenti

Hindistan Qlobal sülh sammitində iştirak edəcək – Modi
Dünya 23:22 20.05.2024

Hindistan Qlobal sülh sammitində iştirak edəcək – Modi

Hindistanın Baş naziri Narendra Modi ölkəsinin qlobal sülh gündəmini irəli sürən bütün mühüm sammitlərdə, xüsusən də Ukrayna üzrə G7 toplantısında və Qlobal sülh sammitində iştirak edəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Siasat Daily” məlumat yayıb.

Agentliyin məlumatına görə, ölkənin baş naziri qeyd edib ki, Hindistan bu sammitlərdə qlobal diskurs formalaşdırmaq və insanyönümlü inkişaf, firavan və sülhsevər dünya vizyonunu təşviq etmək üçün "Qlobal Cənubun səsini səsləndirəcək”.

"İştirak səviyyəsi vaxt, logistika və paralel öhdəliklərdən asılı olacaq", - Baş nazir deyib. 

Modi həmçinin vurğulayıb ki, Hindistana sammitlərdə iştirak etmək üçün göndərilən dəvət "onun əhəmiyyətinin və beynəlxalq işlərə verdiyi töhfənin tanınmasıdır”.
Qeyd edək ki, ilk Qlobal sülh sammiti iyunun 15-16-da İsveçrənin Lutsern şəhəri yaxınlığındakı Bürgenstok kurort şəhərində keçiriləcək.

"Bloomberg”in məlumatına görə, sammitdə 80-100 ölkə iştirak edə bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->