Xəbər lenti

Dünya 20:39 22.10.2023

"Hizbullah"ın ikinci cəbhəni açsa, İsrail İranı vuracaq

"Hizbullah" şimalda ikinci cəbhə açmağa çalışarsa, İsrail İranı vuracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin sənaye və iqtisadiyyat naziri Nir Barkat "Daily Mail"ə bildirib.

Onun sözlərinə görə, İran bütün cəbhələrdə İsrailə hücum etməyi planlaşdırır.

"Əgər "Hizbullah"ın İsrailə hücum etmək niyyətində olduqlarını aşkar etsək, biz bu cəbhələrə nəinki cavab zərbələri endirəcəyik, həm də ilanın başını, yəni İranı vuracağıü", deyə Barkat bildirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Fələstin-İsrail münaqişəsində "Hizbullah"ın aktivləşməsi Livanı dağıdıcı nəticələrlə təhdid edəcək.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. 

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->